“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 5-ci həftəsinə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, budəfəki həftə 12-14 yaş aralığında olan iştirakçıları əhatə edib.
Açılış mərasimində düşərgənin qaydaları, həyata keçiriləcək tədbirlər izah olunub və suallar cavablandırılıb.
Xanbulan gölünə ekskursiya zamanı uşaqlar buranın füsnkar təbiəti ilə tanış olublar. Hoteldaxili əyləncə, hovuz saatlarında, futbol və voleybol yarışında, həmçinin stolüstü idman oyunlarında uşaqlar əyləncəli və xoş vaxt keçiriblər. Parkur yarışlarında qələbə uğrunda mübarizə marağa səbəb olub.
Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri Hilal Abdullayeva və Həsən Məmmədov səyahət təcrübələrini bölüşüb, faydalı müzakirələr aparıblar.
“Digital Umbrella” şirkətinin dizayn komandası ilə “Daha yaxşı dünya üçün dizayn” mövzusu üzrə təlim proqramında sadə materiallardan böyük ideyalar yaranıb, debatlarda düşünmək, sorğulamaq və arqumentlərlə fikirlərini ifadə izah edilib.
“ABAD”ın ustad dərsində uşaqlar müxtəlif əyləncəli və yaradıcı məhsullar hazırlayıblar.
ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə keçirilən konsert proqramında Namiq Qaraçuxurlu möhtəşəm canlı ifaları və dəstəyi ilə düşərgəni daha da rəngarəng edib.
Tərəfdaşlar: "TABİA Group" və “Lankaran Springs Wellness Resort” Hotel;
Sponsorlar: "NEQSOL Holding", Bakcell, Norm, "AMO Corporate Group", "GILTEX" MMC, Nar, DTİK, DadHouse;
Dəstəkçilər: “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Badamlı Mineral Suları”, Milla, “Shokki Mokki”, Digital Umbrella, “Azərbaycan Turizm Blogerləri Assosiasiyası” İctimai Birliyi;
Media dəstəyi: ASAN Radio/TV
Bütün xəbərlər Facebook səhifəmizdə