Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsinin küçələri bütünlüklə palçıq və gölməçələrindən ibarət olması barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Belə ki, vətəndaşlar yolların istifadəyə yararsız olmasından şikayətlənirlər. Çox az yağış yağdığı halda bu yollar istifadəyə yararsız hala düşür. Sakinlər bildirir ki, piyadalar yoldan istifadə etməkdə çətinlik çəkir. Sözügedən küçədən keçdinsə, ünvan başına təmiz halda çatmaq mümkün olmur.
SİA mövzu ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, Suraxanı rayonunda asfaltsız küçələrin təmiri ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktubla müraciət ünvanlanıb: "Qeyd edək ki, asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlərin görülməsi müvafiq Dövlət Proqramlarına əsasən planauyğun ardıcıllıqla aidiyyəti icraçı təşkilat tərəfindən yerinə yetiriləcəkdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə