Ötən il məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 5 faiz artıb

2024-cü ilin yanvar-dekabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 273,5 milyon manat və ya 5 faiz artım qeydə alınıb. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib

Büdcə təşkilatları üzrə daxilolma əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 146,4 milyon manat və ya 8,1 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 410,6 milyon manat və ya 12,1 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə