Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

2024-cü ilin yanvar-dekabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 529 min 289 vətəndaş müraciəti qeydə alınıb. Bu barədə SİA-ya DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərdən 193 min 528-i pensiya, 129 min 931-i müavinət, 18 min 734-ü Prezident təqaüdü, 134 min 150-si ünvanlı dövlət sosial yardımı, 12 min 594-ü fərdi uçot və sosial sığorta, 3 min 174-ü dövlət icbari şəxsi sığorta və 37 min 178-i isə digər istiqamətlərlə bağlı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə