Bakı-Ələt yolunda yeni piyada keçidi inşa edilib - FOTOLAR

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yeni piyada keçidinin inşa edilib. Bu barədə SİA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yeni yerüstü piyada keçidi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 266,6-cı km-də tikilib.

Dəmir-beton və metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3,2 metr, yol səviyyəsindən hündürlüyü isə 5,5 metr təşkil edir. Hazırda keçidin ətrafında abadlaşdırılma işləri aparılır.

Layihə çərçivəsində yolun hər iki tərəfində avtobus dayanacağının quraşdırılması nəzərdə tutulub.

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə