51 saylı Şirvan Seçki Dairəsindən Bələdiyyə üzvlüyünə namizəd İsmayıl Nadirxanlının təbliğat kompaniyası bütün reytinqləri qırıb. SİA xəbər verir ki, Ətrafında Şirvanın el dilində desək "qaymaqlarını" birləşdirən namizədin seçki platforması, görüşləri və təşviqat üslubu bu Bələdiyyə Seçkilərində Şirvanda görünməmiş stuasiya formalaşdırıb.
Məhəllə-məhəllə, küçə-küçə, ev-ev gəzən İsmayıl Nadirxanlının namizədliyi Ana Vətən Partiyasından irəli sürülüb. Qeyd edək ki, o həmçinin sözügedən partiyanın Şirvan Şəhər Təşkilatının da sədridir.
O, ölkə başçısı İlham Əliyevin siyasi kursunu aşılayaraq, yerli özünüidarəetmə orqanı olan Bələdiyyələrin dövlət tərəfindən dəstəklənməsi və bu istiqamətdə gələcəkdə böyük layihələrin olacağını, cənab prezidentin tapşırıqları əsasında ölkəmizin daha da gözəlləşdirilməsi fonunda hamının seçkilərdə fəallıq göstərməsini və bunun nəyə görə vacib olması hallarını öz seçicilərinə təqdim edir.
Yeni, modern, fərqli kompaniya formatı ilə seçkiyə qatılan İsmayıl Nadirxanlının şirvanlılar tərəfindən yüksək səviyyədə qarşılanması xüsusi diqqət çəkir. Bir sözlə reytinqləri qıran gənc namizəd yeni seçki nümunəsi ortaya qoymağı bacarıb.
Bütün namizədlərə uğurlar arzulayırıq!
Bütün xəbərlər Facebook səhifəmizdə