Ötən il DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

2024-cü ildə DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, 2019-cu ilin may ayından ölkəmizdə artıq 7 DOST mərkəzi açılıb və həmin mərkəzlərdə 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.

DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,4 faiz təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə