Məcnun Məmmədov Beyləqanda vətəndaşları qəbul edəcək

Yanvarın 10-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda iştirak etmək istəyənlər Beyləqan DAİM-ə (050-659-20-16) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə