Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyasına yekun vurulub - FOTOLAR
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi “Yaşıl gələcək naminə” aksiyaya yekun vurulub. SİA xəbər verir ki, son ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları, din xadimləri, müxtəlif dini konfessiya nümayəndələri, həmçinin Komitənin könüllüləri iştirak ediblər.
Qeyd olunub ki, Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Bildirilib ki, bütün bölgələri əhatə etməklə cari ilin may ayından başlayan aksiya müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılması, ekoloji təhlükəsizliyin təmini, yaşıllıqların artırılması və iqlim dəyişikliyi ilə mübarizəyə yönəltmək məqsədi daşıyıb.
Bütün xəbərlər Facebook səhifəmizdə