Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı dayanır
Müasir müstəqil Azərbaycan dövlətini quraraq onu uzunmüddətli inkişaf yoluna çıxaran Ümummilli Lider Heydər Əliyev, eyni zamanda, ölkəmizin sosial inkişaf strategiyasını formalaşdırıb, müasir və dayanıqlı sosial müdafiə sisteminin qurulması üçün mühüm addımların atılmasını təmin edib. SİA xəbər verir ki, Ulu Öndərin müdrik və uzaqgörən siyasətini yüksək səviyyədə davam etdirən, müstəqil dövlətimizi dinamik inkişaf yolunda daim irəli aparan və möhtəşəm Zəfər zirvəsinə yüksəldən Prezident İlham Əliyevin güclü sosial siyasəti, uğurlu sosial islahatlar proqramı ölkədə sosial inkişafın davamlı xarakter almasına, vətəndaş rifahının təminatı sahəsində mühüm nailiyyətlərin əldə olunmasına imkan verib.

“Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” - Prezidentin bu sözləri onun tapşırıqları əsasında ardıcıl olaraq həyata keçirilən, o cümlədən son illər bir-birinin ardınca reallaşdırılan, hər biri neçə-neçə vətəndaşın rifahının dəstəklənməsində önəmli rol oynayan sosial islahatlarda aydın və əməli təsdiqini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, buna nümunə olaraq dövlətimizin başçısının Fərman və Sərəncamları əsasında 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketinin icra olunmasını, həmin islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılmasını göstərmək olar. Həmin dövrdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğində 2,7 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 2 dəfəyədək, median əməkhaqqında 2,2 dəfə, əməkhaqqı fondunda 3 dəfə, əmək müqavilələrinin sayında 609 min (48 faiz) artımın olduğunu görürük.

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli Sərəncam vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Yeni Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Həmin artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində Prezidentə təqdim edəcək. Göründüyü kimi, müavinət və təqaüd ödənişlərində artım dinamikası da gələn il davam edəcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılması təmin ediləcək. Bu da həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaşın 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımların baş verməsinə imkan yaradacaq.
Bu yeni sosial paket çərçivəsində növbəti ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumilikdə 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artacaq və həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.

Dövlət büdcəsində sosialyönümlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqəti cəlb edir. Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü il üçün 15,5 milyard manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 milyard manat nəzərdə tutulur. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 milyard və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha göstərir. Sosial islahatların tərkib hissəsi kimi, əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin də davamlı artımı təmin olunur. Buna nümunə olaraq əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2018-ci ilə nisbətən 2,1 dəfə və ya 1,3 milyard manat artım özünü göstərib. Həmin vəsait 2018-ci ildə 1,2 milyard manat təşkil edirdisə, hazırda 2,5 milyard manata yaxındır. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb.

Əhalinin məşğulluğunun təminatı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bunun nəticəsi olaraq, ölkədə çoxsaylı yeni iş yerləri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi də ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. Təkcə 2018-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 635 min vətəndaş işlə təmin edilib, 36 min şəxs peşə hazırlığına cəlb olunub. Prezidentin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən proqram olmaqla işsiz və iş axtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verir. 2017-ci ildən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların illik sayı ötən dövrdə təqribən 15 dəfə artırılaraq 16 mini ötüb. İndiyədək 93 min şəxs özünüməşğulluq proqramına cəlb edilərək onlara verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar. Gələn il həmin say artıq 100 mini ötəcək.

2020-ci il sentyabrın 27-də isə Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlarla cəmi 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə etdi. Beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olundu. Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların mənzil və fərdi evlə təminatı işləri də aparılır. Prezident İlham Əliyevin tapşırığı ilə bu proqram daim genişlənir, postmüharibə dövründə isə 5 dəfə genişlənib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 minədək, ümumən ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim edilib. Həmçinin 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumən ötən dövrdə 7,7 min avtomobil təqdim edilib.
Dövlətimizin başçısının göstərişi ilə son illər ölkədə müasir reabilitasiya sisteminin qurulması, reabilitasiya sahəsində biopsixososial modelə əsaslanan xidmət spektrinin yeni istiqamətlər üzrə xeyli genişlənməsi də təmin edilib. Ümumilikdə nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 7 dəfədən çox artıb. Təkcə bu ilin 11 ayında həmin mərkəzlərdə 113 min şəxsə xidmət göstərilib.

İnnovativ yanaşma və vətəndaş məmnunluğu
Aparılan uğurlu sosial islahatlar proqramının mühüm nailiyyətləri sırasında DOST konsepsiyası xüsusi yer tutur. Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ildən DOST Agentliyi, Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi, həmçinin Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, 2024-cü ilin iyun ayında Qarabağ Regional DOST mərkəzinin Şuşada filialı açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 15 istiqamət üzrə 160 sosial xidmətin əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradıb. DOST konsepsiyası 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub. Onlardan 12-si “Good practice awards of Europe”, yəni, “Avropa üçün yaxşı təcrübə mükafatı”dır. Ümumilikdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illər ölkəmizdə aparılan sosial islahatların uğurları mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymət alır. Təkcə 2024-cü ildə həmin uğurlar 110-dan çox beynəlxalq mükafatla təltif edilib.
Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlar üçün şəffaf və çevik, keyfiyyətli, əlçatan, vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin qurulmasıdır. Bu istiqamətdə mühüm uğur olan DOST konsepsiyasının davamı olaraq, dövlət sosial xidmətlərinin geniş miqyasda elektronlaşdırılması təmin olunub və bu gün nazirliyin 160 xidmətindən 145-dən çoxu (90 faizdən çoxu) artıq rəqəmsal platformadan təqdim edilir. 30-dan çox e-arayış xidməti, həmçinin 2019-cu ilin əvvəlindən 50-dən çox proaktiv təyinat mexanizmləri, həmin il ölkənin sosial reyestri olan e-sosial.az portalı, 2020-ci ildə fərdi hesabların e-qaydada proaktiv şəkildə açılması xidməti, 2022-ci ildə “Əmək və Məşğulluq” altsistemi işə salınıb.
Göründüyü kimi, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı ölkədə sosial tərəqqi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasını təmin edib və bu uğurlar qarşıdakı dövrdə də davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"“Qarabağ”ın “Sabah”ı uda bilməməsi.." - Qurbanovdan AÇIQLAMA
İdman 25 Oktyabr 23:19Ukraynalı deputat minaya düşüb
Dünya 25 Oktyabr 23:03Deputatın oğlu da həbs edildi - QƏRAR
Sosial 25 Oktyabr 22:31"Sabah" - "Qarabağ" duelində qolsuz "sülh"...
İdman 25 Oktyabr 22:18Ərdoğan Oqtay Saralı vəzifəsindən azad edib - TƏCİLİ
Siyasət 25 Oktyabr 22:01Tesla unudulmuş avtomobil texnologiyasını canlandırır...
Texnologiya 25 Oktyabr 21:52Fiziki məşqlər əhval-ruhiyyəni və rifahı yaxşılaşdırır...
Səhiyyə 25 Oktyabr 21:27Qırğızıstan Səhiyyə Nazirliyi həkimlər üçün “çaypulu”ya qarşı çıxıb...
Səhiyyə 25 Oktyabr 21:06Çin şirkəti Özbəkistan taksi bazarına çıxmağı planlaşdırır...
İqtisadiyyat 25 Oktyabr 20:49“Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
İdman 25 Oktyabr 20:33Ən çox hücum Polşada baş verib...
Dünya 25 Oktyabr 20:27“Mən yaşamaq istəyirəm...”
Dünya 25 Oktyabr 20:07Diplomatların Beynəlxalq Günü Kiçik təşəbbüsüm necə qlobal miqyas aldı -Abhay K.
Siyasət 25 Oktyabr 20:07Moskvalı məhbus “qələbə” videosunu çəkməli idi, lakin...
Dünya 25 Oktyabr 19:52Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Dünya 25 Oktyabr 19:36Ukrayna üzərindəki “Filin”...
Dünya 25 Oktyabr 19:28Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
İdman 25 Oktyabr 19:15FT: Putin şəxsi söhbətində “narkotik asılılığını” etiraf edib..?
Dünya 25 Oktyabr 19:05Koma və ölüm xəbərləri fonunda Kim Çen In Çinə səfər edib...
Dünya 25 Oktyabr 18:51Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb
Hadisə 25 Oktyabr 18:47Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Dünya 25 Oktyabr 18:35“Gözlənilən iqtisadi fəlakətə görə, Kreml danışıqlara razılıq verib...”
Dünya 25 Oktyabr 18:28Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Dünya 25 Oktyabr 18:14Kremlə qarşı təzyiq rıçaqlarını Tramp özü əlindən buraxır...
Dünya 25 Oktyabr 18:06Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Dünya 25 Oktyabr 17:56Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Dünya 25 Oktyabr 17:41Jordi Alba: “Barselona” 4:1 hesabı ilə qalib gələcək...
İdman 25 Oktyabr 17:00AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib
İdman 25 Oktyabr 16:33Qubadlı: Səfərdən Böyük Qayıdışa
Siyasət 25 Oktyabr 13:31Milli Kitabxanada Qubadlı Şəhəri Günü ilə bağlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub
Sosial 25 Oktyabr 13:10Bakıda yağış yağacaq, şimşək çaxacaq
Hadisə 25 Oktyabr 12:31İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Siyasət 25 Oktyabr 11:09Azərbaycanın bir sıra rayonlarına qar yağıb
Hadisə 25 Oktyabr 11:07Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir
Siyasət 25 Oktyabr 11:06Salyanda fərdi yaşayış evinə ildırım düşüb
Hadisə 25 Oktyabr 11:05Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə 25 Oktyabr 09:59Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
İdman 25 Oktyabr 09:57Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub
Hadisə 25 Oktyabr 09:11İki güləşçimiz dünya çempionatının finalına yüksəlib
İdman 25 Oktyabr 06:05Türkiyədə narkotikaya qarşı böyük əməliyyat keçirilib
Hadisə 25 Oktyabr 05:04Bu da Rafət El Romanın Azərbaycanlı nişanlısı...
Şou-Biznes 25 Oktyabr 04:06Bu gün Qubadlının azad olunmasından 6 il ötür
Siyasət 25 Oktyabr 03:22Özbəkistan İrana NOTA VERDİ - səbəb sosial şəbəkə paylaşımlarıdır...
Dünya 25 Oktyabr 03:05Rusiyada daha bir hava limanı bağlanıb
Dünya 25 Oktyabr 02:23Çində güclü tayfuna görə əhali təxliyə edilir - AÇIQLAMA
Dünya 25 Oktyabr 02:02Məzahir Pənahov Serbiya Seçki Komissiyasının sədri ilə görüşüb
Siyasət 25 Oktyabr 01:22Goranboyda ölümlə nəticələnən yol qəzası olub
Hadisə 25 Oktyabr 01:03ABŞ diplomatlarını və onların ailələrini Yaxın Şərqdən çıxarır- İDDİA
Dünya 25 Oktyabr 00:23"Bundan istifadə edin" - Xamenei İranın məhkəmə rəhbərinə bu tapşırığı verdi
Dünya 25 Oktyabr 00:03Bakıda Zeytun Festivalının açılışı olub
Sosial 24 Oktyabr 23:22İsrail 1967-ci ildən bəri ən böyük əməliyyata başlayıb - Netanyahu
Dünya 24 Oktyabr 23:03"Neftçi" öz meydanında iki xal itirdi...
İdman 24 Oktyabr 22:31Prezident İlham Əliyev Azərbaycan millisini TƏBRİK EDİB
İdman 24 Oktyabr 22:19Qətl törədib gizlənənlər saxlanılıb - DTX əməliyyat keçirib
Hadisə 24 Oktyabr 22:02Hindistandan Mərakeşə qədər...
Sosial 24 Oktyabr 21:51Gülünc şəkildə hərəkət edən ilan tapılıb...
Maraqlı 24 Oktyabr 21:28Yalnız şayiələrdən məlum olan kitab Rotterdam kitabxanasına qayıdıb...
Maraqlı 24 Oktyabr 21:06Chevrolet ABŞ ordusuna pilotsuz elektrikli avtomobil təklif edib
Texnologiya 24 Oktyabr 20:52“Ruslara gül verin, sanksiya yox..?”
Dünya 24 Oktyabr 20:27Tramp İrandan qayıdanda yolüstü Kubanı da "azad" edəcəyini deyir...
Dünya 24 Oktyabr 20:05Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılışı keçirilib
İdman 24 Oktyabr 19:50Çinli alim Putinin ömrünü uzadacaq layihədə iştirak edə bilər...
Dünya 24 Oktyabr 19:48Demə, Depardie Putinlə “yalançı dostluq” edirmiş..?
Dünya 24 Oktyabr 19:27Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyir
Siyasət 24 Oktyabr 19:20YAP Mərkəzi Aparatında görüş keçirilib - VİDEO
Siyasət 24 Oktyabr 19:11Foreign Affairs: Texnologiya bahisləri müharibədə qələbəyə zəmanət vermir
Dünya 24 Oktyabr 19:06ABŞ, əslində Venesuelada nə edir?
Dünya 24 Oktyabr 18:49Ukraynada Starlink məhdudiyyətlərinə görə Trump-ı necə cəzalandırmaq olar?
Dünya 24 Oktyabr 18:27Agent “Tom” general Sərvarovun partladılmasına necə kömək etdi..?
Dünya 24 Oktyabr 18:05Avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb
Hadisə 24 Oktyabr 17:54FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
İdman 24 Oktyabr 17:45Fransada etirazçılarla polis arasında toqquşma baş verib
Dünya 24 Oktyabr 17:35Pezeşkian Moskvaya səfər edəcək
Dünya 24 Oktyabr 17:21Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
İqtisadiyyat 24 Oktyabr 17:10Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib
İdman 24 Oktyabr 16:58Vətən müharibəsi şəhidi Çərkəz Teyyublunun xatirəsi anılıb - FOTOLAR
Sosial 24 Oktyabr 16:32Ermənistanda bir kişi özünü yandırdı
Dünya 24 Oktyabr 16:28Ermənistan sükut günü qeyd edir
Dünya 24 Oktyabr 16:26Qubada Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib - FOTOLAR
Mədəniyyət 24 Oktyabr 15:26Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb
Sosial 24 Oktyabr 14:54"Ermənistan rəhbərliyi sülhün hüquqi əsaslarını cəmiyyətə düzgün izah etməlidir” -DEPUTAT DANIŞDI
Siyasət 24 Oktyabr 14:51Sabah Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq
Sosial 24 Oktyabr 14:36İdmanın sağlamlıq üçün ən faydalı 7 növü - FOTO
Sosial 24 Oktyabr 14:18Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb
Turizm 24 Oktyabr 13:30Qubadlı-Zəfərdən dirçəlişə - MƏQALƏ
Siyasət 24 Oktyabr 13:26Azərbaycanın gübrə ixracından qazancı 4 %-ə yaxın azalıb
İqtisadiyyat 24 Oktyabr 12:55Sabah Bakıda yağış yağacaq
Sosial 24 Oktyabr 12:34Qubadlının dirçəlişi: tarixi Zəfərdən Böyük Qayıdışa doğru
Siyasət 24 Oktyabr 12:23Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
Siyasət 24 Oktyabr 12:18Azərbaycan XİN İordaniyaya başsağlığı verib
Siyasət 24 Oktyabr 12:00Özəl xəbərlər
Digər xəbərlərErmənistanda bir kişi özünü yandırdı
Dünya 24 Oktyabr 16:28Ermənistan sükut günü qeyd edir
Dünya 24 Oktyabr 16:26"Ermənistan rəhbərliyi sülhün hüquqi əsaslarını cəmiyyətə düzgün izah etməlidir” -DEPUTAT DANIŞDI
Siyasət 24 Oktyabr 14:51
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9055
+100,00%
-
GBP
2,2760
+100,00%
-
RUB
2,0883
+100,00%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;


