Növbəti köç karvanı Şuşa şəhərinə çatıb. SİA xəbər verir ki, şəhərdə sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd olunub ki, bu mərhələdə Şuşa şəhərinə 51 ailə - 208 nəfər köçürülüb.
Xatırladaq ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB