Toyuqlarda istifadə edilən antibiotiklər, hormonlar və komponentlər haqqında çoxlu fikirlər var. Bəs, iddialar realdırmı?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Toyuq əti protein qəbuluna diqqət yetirən bir çox idmançı üçün əla mənbədir. Bu münasib qiymətə, asanlıqla əldə edilə bilən və dadlı məhsuldur. Bu üstünlüklərə baxmayaraq, insanların ağlına tez-tez gələn bir şey var. Mövzumuz toyuqların tərkibində olan antibiotiklərin, hormonların və digər komponentlərin insan sağlamlığına təsiridir.
Broyler toyuq: necə böyütmək olar?
İlk növbədə şirkətlər cücə alır. Cücələr tez-tez daha yaxşı böyümək üçün sürətlə böyüyən cinsləri keçərək yaradılan bir genetik quruluşa malikdirlər. Bu cücələr böyük, havasız və dar yemliklərə yerləşdirilir. Əgər toyuq kökəlmə (yəni ət) üçün qidalanırsa, toyuqun daha sürətli böyüməsi üçün mümkün qədər az hərəkət etməsi vacibdir. Bu səbəbdən, bütün tutumu toyuqlarla doldurmaq və heyvanların hərəkət etməsinə yer buraxmamaq lazımdır.
Bu dövrdə toyuqların qidalanması tənzimlənir. Ot və həşərat kimi toyuqların təbii pəhrizində olan hər hansı qida bu yemliklərə daxil ola bilməz. Toyuqlara istehlak üçün yalnız xüsusi hazırlanmış yüksək kalorili qidalar təklif olunur.
Sonra antibiotiklərin istifadəsi işə düşür. Bu qədər heyvanın bir anda xəstələnməsini istəməyən istehsalçılar antibiotiklərdən istifadə etməyə başlayandan sonra toyuqların daha sürətlə böyüdüyünü gördükləri üçün toyuqlar üçün antibiotik istifadə etmək vərdişi daha da güclənir.
Toyuqlarda antibiotik istifadəsi
Bəli, antibiotiklər toyuqlarda istifadə olunur. Bunun səbəbi əslində yoluxucu xəstəliklər deyil. Çünki yoluxucu xəstəliklər üçün antibiotiklərin minimal istifadəsi belə kifayət edəcək. Amma toyuqlarınızı erkən yetişdirmək istəyirsinizsə, onların bağırsaq florasını məhv etməlisiniz.
İnsanlarda olduğu kimi, toyuqlarda da bağırsaq florasının zədələnməsi onların kökəlməsinə və sürətlə inkişaf etməsinə səbəb olur. Bu vəziyyəti yaratmaq üçün onlara intensiv antibiotiklər verərək hormonal sistemini pozmaq kifayətdir. Qeyd edək ki, dünyada istifadə edilən antibiotiklərin təxminən 80%-i heyvanlara verilir.
Toyuqların böyümə cədvəlini görürsünüz. Əvvəllər 56 gündə bir kiloqram çəki ala bilməyən toyuqlar indi eyni dövrdə dörd kiloqramı keçir. Qəribə və qəddar deyilmi?
Toyuqlar o qədər sürətlə böyüyürlər ki, onların skelet sistemi çox vaxt bu böyüməyə uyğunlaşa bilmir və sümük qırıqları baş verir. Nəticədə 10-15 il ömür sürən bu gözəl heyvanlar təxminən iki aylıq olanda kəsilərək süfrənizə gəlir.
Azərbaycan
Azərbaycanda son illərdə toyuq əti istehlakının digər ətlərlə müqayisədə sürətlə artması müşahidə edilir. Bunun başlıca səbəbi son illərdə mal və qoyun ətinin daha çox bahalaşmasıdır.
Qoyun və keçi əti istehlakında da artım var. 2013-cü ildə 72,1 min ton olan istehlak miqdarı 2023-cü ildə 93,1 min tona çatıb. On il ərzində qoyun və keçi ətinin istehlak miqdarı 21 min ton, yəni 29,1 faiz artıb.
Müqayisə edilən onillik dövrdə quş əti istehlakı daha çox artıb. 2013-cü ildə 95,5 min ton olan istehlak miqdarı 2023-cü ildə 166,2 min tona çatıb. Ötən müddətdə Azərbaycanda toyuq ətinin istehlakı 70,7 min ton və ya 74 faiz artıb.
Üç məhsul növünün müqayisəsindən görünür ki, ölkə əhalisi son 10 ildə toyuq alışını xeyli artırıb. Ümumilikdə, bu dövrdə əhalinin ət istehlakında artım 124,3 min ton olub ki, bunun da 57 faizi yalnız toyuq ətinin hesabına olub. Məhsul qrupları üzrə ət istehlakındakı artım dinamikası göstərir ki, 2024-cü ildə, ən geci 2025-ci ildə ən çox istehlak edilən ət toyuq əti olacaq.
Sənaye quşçuluğu bir sözlə belədir. Bəs bu vəziyyət sağlamlığınıza necə təsir edir? Gəlin onu araşdıraq.
Toyuq istehlakı və sağlamlığa təsiri
Toyuq əti yeyən kimi heç bir fəsad yaşamırsınız. Belə olanda insanlar zərərləri görməməzlikdən gəlirlər. Ancaq uzunmüddətli təsirləri görməzdən gəlməmək lazımdır.
Təsirləri səbəblərlə sadalasaq, ən pisləri aşağıdakı kimi görünür:
Antibiotiklər: Toyuqlarda istifadə edilən antibiotiklər həm bakteriyaların müqavimətini artıraraq, həm də antibiotiklər insan orqanizminə daxil olduqda faydalı bakteriyaları zədələməklə öz təsirini göstərir. Bu vəziyyət yalnız faydalı bakteriyalara deyil, hormonal sisteminizə də zərər verir.
Arsen: İnsan orqanizmi üçün çox zəhərli bir maddə olan arsen nevroloji xəstəliklərdən xərçəngə qədər bir çox problem yarada bilər. Həm də onun ağır metal olması onun xaric edilə bilməyəcəyi və bədəninizdə davamlı olaraq yığılması deməkdir.
Toyuqlarda daha çox qidalanma istəyi və daha yaxşı kilo alması yaradacağı düşünülən arsen xaricdə düşündüyünüzdən daha çox istifadə edilir.
Bunlarla yanaşı, toyuqçuluqda istifadə edilən bir çox fərqli və sirli maddələr var.
Nəticədə, bir çox zərərli maddələrin bədəninizə zərər verəcəyi bir həqiqətdir. Bəs biz necə qorunacağıq?
Yuxarıda qeyd etdiyim təsirlər realdır. Əslində, bu sadəcə olaraq bizə toyuq istehlakının zərərli ola biləcəyini göstərir. Sağlamlıq o qədər də ucuz bir şey deyil ki, ehtimallara əsaslansın və hər bir riski qiymətləndirməlisiniz.
“Fast food” və sənaye quşçuluğu demək olar ki, qardaş olub. Bunun səbəbi ucuz ət verən sənaye və onu nisbətən “dadlı” formada insanlara satan sənayedir. Bu səbəbdən hazır toyuqdan qorxursunuzsa, “fast food” sizin üçün deyil.
Xüsusən də risklər bu qədər böyük və aşkar olubsa, işlər daha da pisləşir. Amma böyük problem var. Keyfiyyətli zülal istehlakı üçün resurslar çox məhduddur və bir çox insanın (xüsusilə idmançıların) toyuq əti istehlak etməsi lazımdır. Qırmızı ətin qiyməti çox bahadır və heç də hər kəsin əti almaq imkanı yoxdur. Bu vəziyyətdə ağ ət yeganə həll yolu olur.
Hinduşkaya üstünlük verin
Ağ ət üçün daha az işlənmiş hinduşkaya üstünlük vermək olar. Çox vaxt hinduşkanın böyüməsi prosesi daha uzun və sərfəli deyil. Bu səbəbdən sənaye istehsalı üçün uyğun deyil və böyük şirkətlər biznesə cəlb edilmir.
Kiçik ölçülü toyuq almaq lazımdır
Ümumiyyətlə, kütləvi istehsal şirkətləri toyuqları tam ölçüyə çatmadan kəsmirlər. Kiçik toyuqların bu səbəbdən emal olunma ehtimalı azdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: "Üç cür toyuq ətindən istifadə olunur: Kənd toyuğu, yəni tam azad toyuqlar, qismən azad toyuqlar, bir də broyler toyuqları. Broyler toyuqları əlbəttə azad deyillər. Kənd toyuğu, və yaxud azad toyuqlar tam azaddırlar, istədikləri qida ilə qidalanırlar, yiyəsi nə verir onunla qidalanırlar və s. Yarım azad toyuqlar qapalı saxlanılır, lakin açıq havada olurlar, broyler toyuqları kimi tam qapalı saxlanılmır. Əksər hallarda bu cür toyuqlar da broyler toyuqlarının yediyi yemlə yemlənir. Lakin ənənəvi arpa-buğda ilə də yemlənir.
Broyler toyuqları tam qapalı şəraitdə saxlanılır. Broylerdə işləyən adamların bəzən evlərinə getməyə icazə verilmir, elə o ərazidə qalırlar. Çünki çox az bir bakteriya gəlib düşərsə, minlərlə toyuq qırıla bilər və tam steril şəkildə nəzarət altında saxlanılır. Bunlar azad toyuqlardan fərqli olaraq 2-3 dəfə tez lazım həddə, çəkiyə çatdırılır.
Onu da qeyd edim ki, dünyanın qida sənayesinin, yəni yer üzündəki olan əhalinin çox böyük bir hissəsini toyuqlar təmin edir, yumurtaları ilə və öz ətləri ilə. Əgər broylerlər olmasa demək olar ki, dünya əhalisinin indi mövcud olandan təxmin 3 dəfə çoxu daha çox aclıq çəkər.
Qeyd etdiyim kimi, broyler toyuqları tam nəzarət altında olur, vaxtaşırı baytarlıq dərmanları vurulur və s. Yemlərində müəyyən kimyəvi maddələr olur və təəssüflər olsun ki, AQTA 2 il öncə Qida təhlükəsizliyi haqqında qanun qəbul olunanda onun 25-ci maddəsində broyler toyuqlarına genetik modifikasiya olunmuş yemlərin verilməsinə yaşıl işıq yandırdı. Azad İstehlakçılar Birliyi buna qarşı iş apardı. Lakin məndən sübut istədilər ki, mən sübut etməliyəm ki, bu cür yemi yeyən toyuqların əti insana zərər edər. Lakin mən onu sübut etməyə qadir deyildim və mən təklif etdim ki, onda bu malların üzərinə yazılsın ki, bunlar genetik modifikasiya olunmuş yemlərlə yemləşdirilib. Agentlikdə olan bir nəfər dedi ki, onda onu kim alar? İstehlakçının seçim hüququ var, istehlakçı məlumat almaq hüququna malikdir. Çox təəsüf ki, bu da gizlənilir.
Şübhəsiz ki, broyler toyuqları ciddi steril şəkildə saxlanıldığı üçün bu insanlarda müəyyən hormonal dəyişikliklər apara bilər, bu sualın cavabını həkimlər daha yaxşı bilərlər, bunu onlar deməlidirlər və əgər bu daim yeyilərsə mənfi nəticələr verə bilər. Üstünlükləri yalnız dünya əhalisini qida ilə təmin etmək məsələsidir".
Broyler toyuqlarına yumurta qoydurmaq üçün hər gün verilən dərmanlar kişilərin kişiliyini zəiflədir, sinələrinin süni böyüməsinə səbəb olur. Belə insanların prostat vəzlərində hiperplaziya iki dəfə çox olur. Amma xanımlar belə toyuqların yalnız kişilərə təsir etdiyini düşünməsinlər. Xeyr! Görün bu gün sinə və uşaqlıq xərçəngi nə qədər artıb. Qızlarda erkən menstruasiyanın artmasına toyuqların yumurta qoyması üçün verilən dərmanlar səbəb olur.
Ümumiyyətlə, ginekoloji xəstəliklər və sonsuzluq çox artıb və artmaqda davam edir.
Broyler toyuq
Broyler toyuqlarını şoklayırlar. Toyuğu kəsməzdən əvvəl onu elektrik cərəyanı verirlər. Bu zaman toyuğun bədənində təxminən 200 qram qan qalır. Bu, Qurani-Kərimimizdə bildirilən “Qan bizə haramdır” əmrinə ziddir. Bundan başqa, bəzi toyuqlar elektrik cərəyanına tab gətirə bilmədiklərindən ölürlər. Belə toyuqların başı da bismillahsız kəsilir.
Bir broyler toyuğunun 1 kiloya çatmaq üçün cəmi 1,7 kilo yem sərf etdiyini bilirdinizmi? Həm də bu, geni dəyişdirilmiş soyadan hazırlanmış yemdir. Bu toyuqlar o qədər arıq olur ki, tutanda sümükləri qırılır. Çünki sümüklər kifayət qədər bərkiyə bilmir.
Kənd toyuqlarından, yumurtalarından mümkün qədər faydalanmaq lazımdır. Əgər broyler toyuq yeməyə məcbursunuzsa, onu fasilələrlə yeməyə çalışın. Məsələn, ən azı bir həftə ara verməyə çalışın. Bu şəkildə yeyildikdə toyuğun kanserogen təsiri azalır və orqanizmin özü xərçəng riskinin qarşısını alır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə