“Yaşıl gələcək naminə” aksiyası Lənkəranda davam etdirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə respublikamızda elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası avqustun 23-də Lənkəran rayonunda yerləşən dini ibadət yerlərində davam etdirilib.

Dövlət komitəsindən ySİA-a verilən məlumata görə, dini icma üzvləri, din xadimləri və könüllü ictimaiyyət nümayəndələrinin iştirak etdikləri aksiyada məscidlərin ətrafında abadlıq, yaşıllaşdırma işləri aparılıb.

Qeyd edək ki, “Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək və ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə