“İnsanların əksəriyyəti maraq üçün restoranlara üz tuturlar” - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

“İnsanlar beyinləri yorğun olanda evdə rahatçılıq tapa bilmirlər. Onlar kafe və ya restoranlara gedərək, dostları ilə zaman keçirərək fikirlərini dağıtmağa çalışırlar. İnsanlar kafe və restoranlarda dostları ilə ünsiyyətə keçdiyi zaman fikirlərini dağıtdıqlarını düşünürlər. Amma onun müvəqqəti zaman olduğunu fikirləşmirlər. İnsanlar beyinlərində olan fikirləri həll etmədikcə, dünyanın o başında olan restorana belə getsə həmin düşüncəni də özləri ilə aparacaqlar. Ona görə də ilk növbədə daxillərindəki narahatçılığı həll etməlidirlər". Bu sözləri SİA-ya danışan psixoloq Nabat Mirzəyeva deyib.

Onun sözlərinə görə, vətəndaşların kafe və restoranlara bu qədər maraq göstərməsinin digər səbəbi də hazırda sözügedən iaşə obyektlərinin kifayət qədər çox olmasıdır: "Nəzərə almaq lazımdır ki, insanlar harasa istirahətə getdiyi zaman anidən acırlar. Bu zaman isə restoranlara doğru addımlayırlar. Əslində çox yemək yemək də duyğusal aclığın bir növüdür. Bundan başqa, restoranlarda zaman keçirməyi sevən şəxslər də az deyil. Həmin şəxslər kafe və restoranlarda vaxt keçirməklə istirahət edirlər".

Nabat Mirzəyeva qeyd edib ki, insanların əksəriyyəti maraq üçün restoranlara üz tuturlar: "Bəzi insanlar sırf maraq üçün restoranlarda vaxt keçirirlər. Yeni nələrisə kəşf etmək və istirahət etmək anlayışını yemək yeyərək edirlər. Həmçinin, özlərini yorğun hiss edən şəxslər də kafe və ya restoranlara gedirlər. Bundan başqa, büdcələri xarici ölkələrə getməyə uyğun olmayan insanlar istirahətlərini restoranlarda, şəhərdə sevdikləri ilə keçirməyə çalışırlar. Onu da bildirim ki, evdə yemək bişirməyə vaxt ayırmaq istəməyən insanlar da restoranlara üz tuturlar".

Bütün xəbərlər Facebook səhifəmizdə