“Boşanma hallarını çox paylaşaraq onu adiləşdiririk” - MÜNASİBƏT BİLDİRİLDİ
“Evlilik və boşanmaqları daha tez-tez mediada yayımlamaq bunları insanların gözündə daha çox adiləşdirmək deməkdir. Biz boşanmaları tez-tez paylaşaraq insanları bundan çəkindirmirik. Daha da adiləşdiririk ki, hamı boşanıb, sən də boşana bilərsən. Burada qeyri-adi heç nə yoxdur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
Onun sözlərinə görə, bizi statistika qorxuda bilər: “Bu gün dünyada boşanmaların sayı çoxalır. Hazırda Azərbaycanda da bu halların çox olması normaldır. İnsanları daha çox narahat edən evlilik müddətinin çox qısa olmasıdır. Əvvəllər 3-5 il evli olurdular. Sonra boşanırdılar. Problem isə çox ciddi olurdu. Hazırda "məntiq evliliyi" adı altında evlənirlər. Sonra ayrılırlar. Elə insanlar ilə evlənirlər ki, sonra həmin onlarla yaşamağın mümkün olmadığını müşahidə edirlər. Bu səbəblər daha çox qurumları narahat etməlidir".
“Dövlət onlara boşananda psixoloq veririk ki, barışdırsın. Lakin evləndikdə psixoloq vermək lazımdır ki, xarakterlər uyur ya uymur. Gələcəkdə hansı problemlər baş verə bilər və yaxud da bu problemlərdən qaçmaq üçün heç evlənməsələr daha yaxşı ola bilər. Biz isə əksinə boşandıqda barışdırmaq üçün cəhdlər edirik. Bəzən elə insanlar çıxış edir ki, bu hal xüsusilə qadınlara təsir edir: “Sənin əgər maddi olaraq çətinliyin varsa, boşanmalısan. Mən özüm qazanım deyə bir fikir formalaşdırmırlar". Bu cür insanlar da var. Burada özgüvən məsələsi də var. Özgüvən qadınlarda artıq olduqda zərər və fəsadları ortaya çıxır. Qadın sərbəstlik ilə özbaşınalığı qarışdıra bilir",- deyə, psixoloq əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB