Borclu borcunu ödəməsə, borcverən NƏ ETMƏLİ? - HÜQUQŞÜNAS AÇIQLADI
"Borc məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə, borcun məbləği üç min manatdan çoxdursa və ya borcun məbləğindən asılı olmayaraq, tərəflərdən biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır: "Ümumiyyətlə, sonradan problem yaşamamaq üçün vətəndaşlar ən yaxın adama da borc verəndə kiçik bir kağızda da olsa həmin şəxsin öz xətti və imzası ilə borc aldığını qeyd etdirsələr yaxşı olar. Əks halda sonradan borc verdiklərini sübut etmək mümkün olmayacaq.
Borclu borcunu ödəməsə borcverən məhkəməyə müraciət etməlidir. Lakin borc alanın rəsmi iş yeri və adında əmlakı yoxdursa, məhkəmə borcverənin xeyrinə qətnamə çıxarsa belə, həmin qətnamənin icrası müşkülə dönəcək.
Bank kreditləri məsələləri də Mülki Məcəllə ilə tənzimlənir. Belə ki, banklar kredit verərkən kredit müqaviləsi, həmçinin borcalanın rəsmi iş yeri, yaxud əmlakı yoxdursa, zaminlik müqaviləsi bağlanır. Borcalan borcunu vaxtında ödəyə bilməsə, məhkəməyə müraciət olunur, adında əmlakı varsa, əmlakına, zaminin rəsmi iş yeri varsa, onun maaşına yönəldilir. Yox əgər zaminin də rəsmi iş yeri yoxdursa, o zaman zaminin əmlakına yönəldilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB