"Onlar bunu etməklə bizim sağlamlığımıza ziyan vururlar" - MÜNASİBƏT BİLDİRİLDİ

"Onlar bunu etməklə bizim sağlamlığımıza ziyan vururlar" - MÜNASİBƏT BİLDİRİLDİ

"Atmosferə atılan hər bir maddə zərərsiz formada atılmalıdır. Çünki Azərbaycan Konstitusiyasının 39-cu maddəsində yazılıb ki, hər bir Azərbaycan vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququ var”. Bu sözləri SİA-ya ekoloq Xosrov Musayev deyib.

Ekoloq bildirib ki, hər bir müəssədə - zavod, fabrik, şadlıq saraylarında normativ qaydalarına uyğun olaraq bu təmizləyici qurğular quraşdırılmalıdır: "Normativ qaydalara uyğun olaraq bu qurğular hündürdə quraşdırılmalı və çirkli hava atmosferə təmizləyici qurğudan keçərək, tam zərərsiz formada atılmalıdr. Ancaq buna heç kim əməl etmir”.

Xosrov Musayev bildirib ki, hansısa bir obyekt tikəndə onun ventilyasiya sistemi, təmizləyici qurğusu olmayanda istismarına icazə verməsələr də, sahibkar bu qurğuları artıq xərc hesab edir, qəbul etmirlər: "Lakin onlar bunu etməklə bizim sağlamlığımıza zərər vururlar. Onlar pul qazanır, biz isə onun zərərini çəkirik”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə