"Balamızı düşmən əlində qoymayacağına güvənirdik"

"Balamızı düşmən əlində qoymayacağına güvənirdik"

"Ailəlikcə sevinirik. Şükür ki, övladımız Azərbaycana təhvil verildi".

SİA APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında əsirlikdən azad edilən Aqşin Bəbirovun atası Qabil Bəbirov deyib.

O təəssüratlarını bizimlə bölüşüb:

"Prezidentimizə təşəkkürümüzü bildiririk. Balamızı düşmən əlində qoymayacağına güvənirdik. Sevincimizin həddi-hüdudu yoxdur. Oğlumun yolunu gözləyirəm ki, qarşılayım. Bütün dost-tanış bizə gəlib".

Bütün xəbərlər Facebook səhifəmizdə