“Sürücünün fikrini yayındırmayacaq bir vasitə olmalıdır” - NƏQLİYYAT EKSPERTİ
Bildiyimiz kimi ötən gün avtobusu idarə edən zaman "TikTok"da canlı yayım açan sürücü işdən azad edilib. Bəs, belə sürücülərə qarşı hansı tədbirlər görülməlidir? Mövzu ilə bağlı SİA nəqliyyat eksperti Aslan Əsədovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Yol Hərəkəti Haqqında qanunda və İnzibati Xətalar məcəlləsində bununla bağlı cərimə və ya bu və ya digər formatda cəzalar tətbiq olunmaqdadır: “Amma biz məsələnin inzibati tərəfini düşünməyək. Hər hansı bir şəxs mütləq idarə etdiyi nəqliyyat vasitəsinin sağlığına, onun etibarlılığına əmin olmalı, o cümlədən apardığı şəxslərin təhlükəsizliyinə cavabdeh olmalıdır (xüsusən də burada söhbət ictimai nəqliyyatdan gedirsə bu daha təhlükəli və daha ciddi bir nüanslar olmalıdır)”.
Aslan Əsədov sözlərinə belə davam edib: “Yəni, avtomobil idarə edərkən sosial şəbəkələrdə canlı açmaq, videolara qoşulmaq, telefonla danışmaq, video və ya digər vasitələrə baxmaq olmaz. Burada musiqini demirəm, çünki musiqi olar. Əlbəttə ki müəyyən dərəcədə musiqi dinləmək qadağan deyil. Amma bu və digər formatda sürücünün fikrini yayındırmayacaq bir vasitə olmalıdır ki, nə olursa olsun fikrini yayındırmasın və diqqətini azaltmasın”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB