Qadınlar və kişilər xəyanətdən sonrakı dövrü necə yaşayır? - AÇIQLANDI
"Xəyanət edən insanın xəyanət və xəyanətə məruzqalma barəsində fikirləri fərqlidir. Bəzi kişilər var ki, deyir - "Mən kişiyəm. Kiminlə və nə qədər istəsəm əlaqədə ola bilərəm". Bu tip kişilər xəyanətdən sonra özünü pis hiss etmir. Yəni, ümumiyyətlə, özünü xəyanət etmiş kimi saymır". Bu sözləri SİA-ya açıqlamasında Klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadə deyib.

Təhmasib Cavadzadə sözlərinə belə davam edib: "Belə kişilər dini əllərində bayraq edərək, etdiklərini Allahın boynuna qoyurlar ki, Allah icazə verib. Bir də xəyanət etməyən kişilər var. Bununla yanaşı, təsadüfən özünü idarə edə bilməyərək xəyanət edən kişilər də az deyil. Bu cür kişilər xəyanətdən sonra özünü günahkar və pis hiss edir.
Kişilər özlərinə qarşı xəyanət gördükdə çox pis olurlar. Çünki inancları budur - "Biz edə bilərik, amma bizə edə bilməzlər". Qadın xəyanəti kişidən fərqlidir. Qadınların etdiyi xəyanət onların şəxsiyyət tipindən asılıdır. Həmçinin, qadınların az faizi xəyanət edir. Çox vaxt qadın xəyanətinin səbəbi də elə kişidir.
Qadın xəyanətinin intiqam hissi, kişidən nəvaziş, hörmət və dəyər görməmək kimi səbəbləri ola bilər. Qadın xəyanəti cinsi əlaqəyə görə etmir. O, xəyanəti qeyd etdiklərimə görə edir ki, nəvaziş və dəyər görsün. Amma təəssüflər olsun ki, sonradan hər şey adiləşir.
Qadın xəyanət edəndən sonra, ilk olaraq, özünü pis hiss edir. Amma sonradan bunu həzm etdikcə yenidən təkrar edir. Çünki həyəcanverici olur. Ona görə də bu həyəcanı yaşamaq istəyir. Bunu bir növ adrenalin kimi qiymətləndirir.
Qadın özünə qarşı xəyanət gördükdə isə fərqli reaksiya verir. Bəziləri bağışlayır, bəziləri də maddiyyata görə filan dözüb oturur. Bəzi qadınlar isə xəyanəti həzm edə bilməyib birdəfəlik gedir.
Cəmiyyətimizdə xəyanətə qarşı acımasız və qeyri-insani hallar var. Bu cəzaları cəmiyyət özü formalaşdırır və insanlar da onu təkrarlamağa məcbur olur. Hər fikri cəmiyyət formalaşdırır. Məsələn, kişi xəyanət etsə də onu qınamırlar. Çünki "Kişidirsə, edə bilər". Amma qadın xəyanət etsə, bu, ciddi fəsadlarla, yaxud ölümlə nəticələnə bilər. Niyə? Necə ki, kişi xəyanət etdikdə boşanmaq olar, məncə bunu qadın etdikdə də tətbiq etmək mümkündür. Xəyanət edən qadın cinayətlərinin səbəbi cəmiyyətin qınağı, "Camaat nə deyər?" fikridir. İnsanlar inkişaf etməlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB