Xızı rayonunda uşaq və yeniyetmələr üçün Futbol Festivalı keçirildi
27 iyul 2023-cü il tarixində AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev İli” çərçivəsində Xızı rayonunda uşaq və yeniyetmələr üçün Futbol Festivalı keçirilmişdir.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, Milli Məclisin deputatları Müşviq Məmmədli, İlham Məmmədov, Uşaq Gənclər Futbol
Federasiyasının prezidenti Asif Əliyev, Regional Təhsil İdarəsinin rəis müavini Coşqun Əliyev və rayon ictimayyətinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, Milli Məclisin deputatları Rauf Əliyev, Müşviq Məmmədli, İlham Məmmədov və Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev
Ümummilli lider, Azərbaycanın xilaskarı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində və dövlət quruculuğunda əvəzsiz rol oynadığını bildilər. Qeyd olundu ki, hazırda bu siyasət Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə iştirak edən 50 uşaq və yeniyetməyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Gələcəkdə belə tədbirlərin digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB