“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
Milli Məclisin bu gün keçirilən iclasında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
SİA-nın xəbərinə görə, qanun layihəsi 9 fəsil, 68 maddən ibarətdir.
Bu Qanun dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minəcək.
Bu Qanun qüvvəyə minənədək ödəniş xidmətlərini göstərən şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 (altı) ay müddətində lisenziya almalı və reyestrə daxil edilməli, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB