Nikahların sayı azalıb, boşanmaların sayı artıb

Nikahların sayı azalıb, boşanmaların sayı artıb

Bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15065 nikah və 6920 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə