“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib. Birliyinin sədri Sevinc Abdullayeva tədbiri giriş sözü ilə açıb.

SİA-nın məlumatına görə tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin şəbə müdiri Arif Qasımov, Azərbaycan Respublikasının sabiq İnsan hüquqları üzrə müvəkkili, ictimai xadim Elmira Süleymanova da qonaq olub.
Daha sonra “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”, “Qayğı Uşaq Reabilitasiya Mərkəzi”nin və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin uşaqlarının çıxışlarına yer verilib. Həmçinin uşaqlar üçün müxtəlif oyunlara, şən klounların iştirakına yer verilib. Sonda bayram münasibətilə uşaqlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. İctimai Birliyə ”, “Qayğı Uşaq Reabilitasiya Mərkəzi” və “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi” daxildir. Birliyin əsas məqsədi Azərbaycanda əlil və sağlamlıq imkanları məhdud olan uşaqların tibbi müalicəsini təşkil etməkdən, onların reabilitasiyasından, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar almasından və bunlarla bağlı müvafiq işlərin həyata keçirilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə