Sosial Xidmətlər Agentliyi tərəfindən baxımsız və sosial təhlükəli vəziyyətdə olan 522 uşaqla ilkin qiymətləndirmə aparılıb.
SİA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.
Qeyd edilib ki, nəticədə onlardan 107 nəfərinə fərdi profilaktik iş açılıb, eləcə də ehtiyacları müəyyənləşdirilərək sosial-iqtisadi, sosial-psixoloji, sosial-pedaqoji, tibbi-sosial və sosial-hüquqi xidmətlər göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB