Valideynlərin keçmişi uşaqların gələcəyinə necə təsir edir? - PSİXOLOQ AÇIQLADI
“İnsanın keçmişinin onun bütün həyatına təsir etdiyi faktı doğrudur. Bəzən hiss etməsək belə, cari hadisələrə verdiyimiz reaksiyalar keçmişdə baş verən, unutduğumuz, şüuraltımızda qalan və ya unutmadığımız hadisələrlə əlaqəli olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, insan həyatının valideynlik dövrü başladıqdan sonra övladına qarşı yaranan münasibətində də, keçmiş həyatının izləri öz əksini tapır: “Hamıya aid etmək düzgün olmasa da, əksər insanlar öz travmalarını övladlarına da ötürür. Məsələn, sevgisiz bir ailədə böyüyən fərd sevgi hissinin nə olduğu dəqiqliklə hiss etmədiyi üçün, öyrənmədiyi, hiss etmədiyi, bilmədiyi bir duyğunu övladına düzgün ötürə bilməz.
Bəzi hallarda isə güclü, keçmişindən dərs çıxaran insanlar, öz səhvlərinin və mənfi duyğularının övladlarının yaşamaması üçün onlara daha çox qayğı ilə yanaşır, və yaşayıb dərs çıxardığı hadisələrin eynisinin övladının yaşamasına icazə vermir.
Beləliklə, valideynin keçmişinin izlərinin uşaqlarının həyatındakı təsirinin olduğuna əmin olsaq da, çalışmalıyıq ki, güclü valideyn olaraq yalnız öz yaşadığımız gözəl hissləri övladımıza ötürək, onları mənfi duyğulardan uzaq tutaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB