"Bəzi piyadalar yol hərəkəti qaydalarına çox biganə yanaşır" - QURUM RƏSMİSİ AÇIQLADI

"Bəzi piyadalar yol hərəkəti qaydalarına çox biganə yanaşır" - QURUM RƏSMİSİ AÇIQLADI

"Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin olunması istiqamətində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən mütəmadi olaraq nəzarət proflaktik tədbirləri davam etdirilir. Qeyd edim ki, piyada təhlükəsizliyi qurum olaraq ən önəm verdiyimiz məsələdir". Bu sözləri SİA-ya açıqlamasında Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev deyib.

Onun sözlərinə görə, edilən xəbərdarlıqlara baxmayaraq, bəzi piyadalar yol hərəkəti qaydalarına biganə yanaşaraq qəzaların qurbanına çevrilirlər: "Aparılan müşahidələr də onu deməyə əsas verir ki, piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti onların hərəkət üçün nəzərdə tutulmayan yerlərdə, hətta piyada keçidinin yaxınlığında baş verir. Baş vermiş yol-nəqliyyat hadisəsində piyadanın və ya sürücünün günahının olub-olmaması ekspertizanın rəyi əsasında təyin olunur və ona uyğun olaraq qanuna müvafiq tədbirlər görülür".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə