Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Füzuli rayonunun Bala Bəhmənli kəndində Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyada şəhid və qazi ailələrindən 142 nəfər müayinə olunub.
Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkarlanıb. Eyni zamanda, Mərkəz tərəfindən bir neçə sakin eynək ilə təmin edilib.
Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, aşkarlanan xəstəlikləri müalicə etməkdir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Loğman Hacı Bədəlli, Pərvin Ağayeva və Emin Ərəbov tərəfindən həyata keçirilib.
Aksiyada elmi-məlumat, tədris və təşkilati-metodik bölmənin rəhbəri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB