“Gənclərin İT Bacarıqlarının Artırılması” - FOTOLAR

“Gənclərin İT Bacarıqlarının Artırılması” - FOTOLAR

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “Gənclərin İT Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində fəaliyyətlərə başlanılıb.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən SİA-ya məlumat verilib ki, bununla əlaqədar keçirilən tanışlıq görüşündə çıxış edən layihə rəhbəri Zeynal Mustafayev gəncləri salamlayaraq, onları layihəyə seçilmələri münasibətilə təbriklərini çatdırıb.

Bildirilib ki, “Gənclərin İT Bacarıqlarının Artırılması” layihəsinin əsas məqsədi gənclərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək, onlar arasında proqramlaşdırma sahəsinə marağı artırmaqdır. Görüş müddətində diqqətə çatdırılıb ki, gənclər “İrəli” İctimai Birliyinin “İdeya Bankı”na müraciət edərək öz fərdi təşəbbüslərini reallaşdıra bilərlər.

Daha sonra təlimlərə start verilib. Qeyd edək ki, 1 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində gənclər “Python” proqramlaşdırma dili üzrə yeni məlumatlar əldə edəcək, həmçinin hər həftəsonu keçiriləcək sınaq imtahanında öz bilik və bacarıqlarını sınaya biləcəklər. Layihənin növbəti mərhələlərində gənclərin öyrəndiyi biliklərin multiplayer formatında digər gənclərlə də bölüşülməsi nəzərdə tutulur.

Həmçinin qeyd olunub ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə