“Ordu bütün fəsillərdə təbii şəraitdən asılı olmayaraq daima hazırlıqlı olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli bildirib.

Hərbi-ekspert qeyd edib ki, hər fəsilə və şəraitə uyğun olaraq təlimlər keçilir: “Bu təlimlər ölkə başçısı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin verdiyi plana uyğun olaraq keçirilir. Təlimlərin əsas məqsədi ordunu döyüş hazırlıqlarını yüksək səviyyədə saxlamaq və dərslərdə əldə edilmiş biliklərin təlimlər zamanı yoxlamaqdır. Təlimlər bir növ imtahandır, öyrənilən bilik və bacarıqlar təlimlər vasitəsi ilə yoxlanılır ki, hərbi hissələr, şəxsi heyətin və onun texnikasının hazırlığı hansı səviyyədədir, mənəvi psixologiyası nə yerdədir, hansı çatışmazlıqlar var. Bu təlimlər davamlı xarakter daşıyır. Bilirsiniz ki, ölkənin güclü iqtisadiyyatı və ordusu çox önəmlidir. Təşkil olunan təlimlər müəyyən vəsait tələb edir. Azərbaycan dövləti də hər il büdcəsinə uyğun bir şəkildə təlimlərə vəsait ayırır. Ordunun hazırlıqlı olması qarşıya qoyulan ən mühüm vəzifələrindən biridir. Azərbaycan dövləti ərazi bütövlüyünü, müstəqilliyini və öz ordusunu qoruyur. Ali Baş Komandan isə gərəkli bütün addımları atır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB