"QHT-lər gördükləri işin təqdimatını keyfiyyəti qədər yaxşı edə bilmirlər" - QURUM RƏSMİSİ AÇIQLADI

"Hər qrant müsabiqəsindən sonra biz layihələr barədə həm maliyyə, həm də keyfiyyət təhlili edirik. Ümumi olaraq bir il ilin təhlilində çatışmazlıqları söyləməli olsaq deyə bilərik ki, QHT-ləri beynəlxalq platformalarda çox görə bilmirik. Təbii ki, bütün çatışmazlıqlardan dərs çıxarırıq". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

O bildirib ki, təbii ki, Qeyri-Hökumət Təşkilatlarının beynəlxalq platformalarda daha yaxşı təmsil olunması üçün çalışacayıq: "QHT-lər kifayət qədər yaxşı iş görür, amma deyə bilərik ki, onların media ilə əlaqələrində müəyyən qədər zəiflik var. Onlar gördükləri işin təqdimatını işlərinin keyfiyyəti qədər yaxşı edə bilmirlər. İl ərzində QHT-lərin həyata keçirdiyi layihələrin yarıdan çoxunun bəlkə də sadəcə adı bilinirdi. Biz bu layihələrin mediaya daha yaxşı təqdimatı üçün lazım gələn köməyi edəcəyik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə