Zeytun yağı insan bədəninin demək olar ki, hər yerində fərqli faydalar təmin edir. Ən çox fayda verdiyi sahələrdən biri də şübhəsiz dəridir. Bəs zeytun yağının dərimizə nə kimi faydaları var?
Zeytun yağı dəridə bir çox fərqli şəkildə istifadə edilə bilər.
Nəmləndirici serum: Gecə yatmazdan əvvəl zeytun yağını birbaşa təmizlənmiş dərinizə çəkin. Yuxudan oyandığınız zaman dərinizin sağlam bir parlaqlıq və yumşaqlıq qazandığını görəcəksiniz.
Üz üçün tonik: Yarım çay stəkan zeytun yağı, dörddə bir çay stəkanı sirkə və dörddə bir çay stəkan suyu qarışdırıb yatmazdan əvvəl tonik olaraq üzünüzə çəkə bilərsiniz.
Göz kremi: Sərbəst radikallarla mübarizə aparan zeytun yağını da göz kremi kimi istifadə edə bilərsiniz. Gecə yatmazdan əvvəl gözlərin altına və incə xətləri olan nahiyələrə bir az zeytun yağı sürtməklə daha yumşaq bir dəriyə sahib ola bilərsiniz. Gözünüzün altında şişlik probleminiz varsa, soyuducuda saxladığınız zeytun yağını təbii həll yolu kimi şişkin nahiyələrə çəkə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə