Son 20 ildə prokurorluq orqanlarına müsabiqə yolu 1151 nəfər işə qəbul edilib
2002-2022-ci illərdə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə 1151 nəfər qəbul edilib. SİA xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində məlumat verib.
K.Əliyev bildirib ki, hazırda onlardan 977 nəfəri hazırda prokurorluq orqanlarında çalışır.
O əlavə edib ki, hazırda prokurorluq orqanlarında çalışan şəxslərin orta yaş həddi 43-dür. Prokurorluq orqanlarında 21-25 yaş həddində 124 nəfər, 26-30 yaş həddində 254 nəfər, 31-35 yaş həddində 252 nəfər, 36-40 yaş həddində 215 nəfər, 41-45 yaş həddində 111 nəfər, 46-50 yaş həddində 19 nəfər, 51-55 yaş həddində 2 nəfər işləyir.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB