796 prokurorluq orqanın işçisi barəsində həvəsləndirmə tətbiq edilib

Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən SİA-ya məlumat verilib.

O bildirib ki, 796 prokurorluq orqanın işçisi barəsində həvəsləndirmə tətbiq edilib, 37 nəfər işçi dövlət təltifinə layiq görülüb.

Onlardan 44-ü Baş Prokurorluğun, 8-i Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin, 58-i Hərbi Prokurorluğun, 3-ü Naxçıvan Respublikasının Prokurorluğunun, 69-u isə rayon və şəhər prokurorluğunda çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə