Səbail rayonunda aztəminatlı ailələrə bayram payları verilib - FOTOLAR
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı əməkdaşları tərəfindən rayon ərazisində yaşayan sosial durumu zəif aztəminatlı ailələrə bayram payları verilib. SİA xəbər verir ki, aksiyada YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, sədr müavini Nicat Hüseynov və aparatın əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində rayon sakinləri olan sosial durumu zəif aztəminatlı ailələrə bayram payları verilib, bayramları təbrik edilib.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB