Röyadan Eceyə dəstək paylaşımı

Xalq artisti Röya Ayxan həyat yoldaşı öldürülən aparıcı Ece Erken haqda paylaşım edib.

SİA xəbər verir ki, o, "story" paylaşaraq Erkenə dəstək nümayiş etdirib. Röya həmçinin, aparıcı ilə dost olduqlarını bildirib:

"Bizim möhkəm və gizli dostluğumuz var. Bunu ancaq sən və mən bilirik. Bir çox şeyləri bölüşmüşük, heç kəs bilmədən! Hər dəfə sənə dediyim sözü yenə təkrarlayıram. Səni çox sevirəm, bir qadın kimi hər zaman yanındayam! Böyük kədərlə sənə başsağlığı diləyirəm. Dözümlü ol".

Qeyd edək ki, Erkenin həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu güllələnərək qətlə yetirilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə