Xatirədən Oksanaya cavab: "Sən rahat ol, kanal rəhbərlərinə borcumuz yoxdur"
Rəqqasə-aktrisa Oksana Rəsulova müğənni Xatirə İslamın verilişlərə çıxmaq üçün telekanallardan qonorar istəməsini tənqid edib. "Telekanalların sayəsində məşhur olmuşuq. İndi onlardan pul istəməyimiz düz deyil" sözlərini əlavə edib.
Xatirə rəqqasənin onunla bağlı açıqlamasına münasibət bildirib: "Əzizim Oksana, biz istəməli deyilik, onlar verməlidir. Tək mənə yox, hamımıza, bütün efirə vaxt sərf edib gəlib oxuyan sənətkarlara. Bir də bizi tanıtdığı ərəfədə televiziya bizim həm ifalarımızdan, həm də yersiz qalmaqallarımızdan yaranan reytinq sayəsində efir saatından pulunu necə lazımdır götürüb. Sən rahat ol, buna görə borcumuz yoxdur.
Hələ kanal rəhbərlərinin göndərdiyi yüzlərlə pulsuz tədbirləri, toyları demirəm".
Xatirə onun sözlərinə dəstək olanlara da təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB