Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin səhhətinin yaxşı olduğu bildirilib

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin səhhətinin yaxşı olduğu bildirilib
Türk musiqisinin "imperatoru" İbrahim Tatlısəsin oğulu Əhməd Şirin atası haqqında məlumat verərək atasının hər gün nizamlı olaraq mütəxəssis fizyoterapevtin və həkimlərin nəzarəti altında olduğunu dilə gətirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Tatlısəs müalicə nəticəsində artıq barmaqlarını oynadır, ağrını hiss edə bilir. Hər cür ehtiyacını özü qarşılaya bilir. Tualetə belə özü gedə bilir. Bu da bizim üçün çox gözəl və müsbət hal kimi qarşılandığını dilə gətirib".

Bütün xəbərlər Facebook səhifəmizdə