Əməkdar artist Vasif Məhərrəmli müğənnilik sənətini tənqid edənlərdən söz açıb. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışb: “"Müğənnilik ən asan peşədir" cümləsini qəbul edə bilmirəm. Dünyanın ən çətin peşəsidir. Sənətçilik həyatı rahat deyil. Çox ağır, çətin, məsuliyyətli, əzablı, keşmə-keşli bir sənətdir. İstəmərəm uşağım müğənni olsun. Çünki çox çətindir, əziyyətlidir. Rejim, normal yemək, içmək, yatmaq, həyat tərzi yoxdur. O qədər şeylər sadalayaram ki... Bir dəfə liftdə cavan uşaq mənə qayıtdı ki, müğənnilik çox asan sənətdir. Qayıtdım ki, uşaq olmasaydın, burnunun üstünə bir yumruq qoyardım, yerində qalardın.
Bir dəfə də biri deyir, nə edirsən, daş daşımırsan ki... Dünyanın ən asan işi daş daşımaqdır. Onun qiyməti 20 manatdır. Hamı onu bacarır. Bu da oldu fəhləlik. Bu isə sənətdir, Allahın vergisidir. Bu sənəti aşağılamaq zoruma gedir. Bəziləri müğənnilik sənətini o qədər aşağılayıblar ki...
Qarşıma şərt qoysalar ki, sənət, yoxsa övladın, övladımı seçərəm. Gedib, necə dolanaram? Alma, qarpız sataram, kanalizasiya təmizləyərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB