"Dəyirman" qrupunun üzvü Malikin "Supa Dupa" adlı albom yaxın aylarda işıq üzü görəcək. SİA-ya açıqlama verən repçinin sözlərinə görə, o, albomun "Gözəl" adlı mahnısına klip çəkdirməyə hazırlaşır.
Oxuduğu mahnı janrının Azərbaycanda yenilik olduğunu bildirən Malik yeni layihələri haqda məlumat verdi: "Mən, Miri Yusif və Elmir - "Dəyirman" qrupunun solistləri olaraq, hər birimizin özünəməxsus ifa tərzimiz var. Ümumiyyətlə, "Dəyirman" prodakşn olaraq hər zaman çalışmışıq ki, musiqidə, səhnədə, janrda yenilik edək. Mənim ifa etdiyim – elektro-hop janrı tam fərqlidir və Azərbaycanda yeni janrdır. Hal-hazırda dünyaca məşhur ulduzların çoxu – Rihanna, Kanye West, Black Eyed Peas, Fergie və digərləri məhz bu janrda mahnılar ifa edirlər. Hip-hop mədəniyyətinin bir üslubu olan elektro-hopun Azərbaycanda ilk ifaçısı mənəm. Bu rep deyil, daha çox klub musiqisidir".
"Supa Dupa" albomu haqda məlumat verən Malik bu albomda daha çox lirik mahnıların yer alacağını bildirdi: "Albomda sosial mövzular yer almayacaq. Çünki bu tip mövzular "Dəyirman" qrupunun ümumi tərzidir. Mənim albomumdakı mahnıların əsas mövzusu sevgidir. Amma sevgi mövzusuna da fərqli yanaşılıb. Sevgi, nifrət, qarışıq hisslər burada əsasdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB