“Eurovision 2011”də Azərbaycanı təmsil etmək istəyən finalçıların canlı çıxışına yanvarın 24-də start veriləcək- FOTOSLAYD

“Eurovision 2011”də Azərbaycanı təmsil etmək istəyən finalçıların canlı çıxışına yanvarın 24-də start veriləcək- FOTOSLAYD
Azərbaycanı "Eurovision-2011" musiqi yarışmasında təmsil etmək üçün milli finala vəsiqə qazanan beş ifaçı yenidən İctimai Televiziya və Radio Yayımlar Şirkətinin (İTV) canlı efirində tamaşaçılar qarşısında öz istedadlarını nümayiş etdirəcəklər. SİA-nın məlumatına görə, beş finalçının canlı çıxışına yanvarın 24-dən başlanacaq.

Həftənin sonuna kimi hər gün bir ifaçıya canlı efir ayrılacaq. Bazar ertəsi İlhamə Qasımova, sonrakı gün Eldar Qasımov, yanvarın 26-da İlqarə İbrahimova, 27-də Aynişan Quliyev və 28-də Nigar Camal çıxış edəcəklər. Finalçıların çıxışlarını müzakirə etmək üçün canlı efirə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, şou-biznes təmsilçiləri, eləcə də KİV nümayəndələri dəvət olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə