Günaydan yenilik VİDEO

Müğənni Günay İbrahimli yeni mahnısını təqdim edib. SİA-nın məlumatına görə, bəstə “Demə” adlanır. Mahnının sözləri və musiqisi Elvin Muxtara, aranjemanı Xalis Xana məxsusdur.

İbrahimli yeni bəstəsi haqda "İnstagram" səhifəsində fikirlərini bildirib: "Sizə dəlisov, çılğın, ruhunuzu, özünüzü oynadacaq mahnımı təqdim edirəm. Komandamla gözəl bir iş ortaya qoyduq. Dinləyin, zövq alın".

Qeyd edək ki, Günay “Youtube” səhifəsində yerləşdirilən mahnının “cover” fotosu üçün imicini dəyişib. O, fərqli obrazda Niko Abbasovun kamera qarşısına keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə