Sevil və Sevinc bacıları bundan sonra aparıcılıq etməyəcəklər AÇIQLAMA
Müğənni Sevil və Sevinc Səfərova bacıları “Xəzər” TV ilə yollarını ayırıblar. SİA-ya bu haqda əkizlərin özləri məlumat veriblər. Onlar bildiriblər ki, bu gün sonuncu dəfə efirə çıxacaqlar: "2 iyun 2014 il-də "Hər şey daxil" verilişi ilə canlı yayımda bir çoxlarının evlərinin qonağı olduq. Evinizin övladı bilib, dərdimizə şərik oldunuz. Sevincimizə, uğurumuza sevindiniz. Biz yıxıldıq, siz əlimizdən tutub ayaqüstə durmağı öyrətdiniz. “Xəzər” TV bizi biz edən kanal oldu. Ailə kanalında çalışıb, oranın övladı olmaq nə qədər qürurverici hissdir. Allah “Xəzər” TV-nın qapılarını üzümüzə açdı və ilk addımlarımızı orda atdıq. 4 il sonra saat son dəfə 10:00-da canlı efirdə tamaşaçılarımızla vidalaşacağıq. Bu sözləri ağlayaraq, dilə gətirirəm. “Xəzər” TV-nin rəhbərliyi bu seçimimizə hörmətlə yanaşdılar. Təşəkkür edirik. Xüsusi ilə qeyd edək ki, efirdən getməyimizi özümüz istəyirik. Bundan sonra müğənni olaraq, sənətimizlə məşğul olacağıq. Bu xəbərə sevinən və kədərlənənlər olacaq. Amma Sevil və Sevinci sevənlər bizi həftənin 5 günü efirdə görmədiyiniz üçün üzülməyin".
Qeyd edək ki, bir müddət əvvəl əkizlər verilişlərin birində bildiriblər ki, şou-biznesdə uzun müddət qalmayacaqlar: "Biz uzaqlaşıb ailə həyatı quracağıq. Uzağı bundan sonra bir il bu şou-biznesdə qalacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB