"Maşın" şouda yenidən qalmaqal yaşandı
Azər Kənana "tülkü" dedi

"Maşın" şouda yenidən qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, bu dəfə rejissor Kənan Mahmudov ilə aparıcı Azər Zahid üz-üzə gəlib.

Kənan bildirib ki, Azər "İnstagram" səhifəsində onu tülkü adlandırıb: "Azər "İnstagram" səhifəsində yazıb ki, mən səsverməyə çıxsam, xahiş edirəm mənə səs verin, oyunda tülkülük edən Kənanı çıxarım. Mən başa düşmədim, mən tülküyəmsə, mənə səs verənlər kimdir?”.

Cavabında Zahid paylaşımın ona aid olmadığını bildirib:“Bizdə telefon yoxdur. Mən paylaşmamışam. Amma adımdan uşaqlar paylaşıb. Kənan mənə dedi, mən də o sözü səhifəmdən çıxartdım. Sadəcə demişdim yazsınlar ki, mənə səs verilsə, mən şouda bacı-qardaşı çıxaracam”.

Bütün xəbərlər Facebook səhifəmizdə