Müğənni Elnar Xəlilov ona gələn film təkliflərindən söz açıb. SİA-ya açıqlama verən ifaçı özünü aktyor kimi görmədiyini bildirib: "Dəfələrlə filmdə rol almağım üçün təkliflər olunub. Amma bu dəvətləri qəbul etməmişəm. Çünki aktyor deyiləm".
İfaçı yeni layihə üzərində işlədiyini də bildirib: " 12 mahnıdam ibarət albomum işiq üzü görəcək. Həmin diskdəki bəstələrin hamısı duet olacaq. Albomdakı 2 mahnını həmkarım Mələk xanımla ifa etmişəm. Onunla oxumaq mənə çox rahatdır. Çünki ulduzluq xəstəliyi yoxdur. Ruhu zəngindir. Mələk xanım haqqında belə düşündüyüm üçün fikrimcə yanılmaram. Geridə qalan 10 mahnını duet oxumaq üçün ifaçı axtarıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB