Əməkdar artist ulduzluq xəstəliyinə tutulan həmkarlarını qınadı
Əməkdar artist Səlim Abbasov ulduzluq xəstəliyinə tutulan həmkarlarından söz açıb. SİA-ya açıqlama verən sənətçi bəzi müğənniləri qınamaqdan da çəkinməyib: "Bəzi sənət yoldaşlarım var ki, bir mahnısı sevilən kimi özlərini ulduz hesab edirlər. Həmin mahnıdan sonra artıq yeni bəstələr yazdırıb, işləmək istəmirlər. Yalnız el şənliklərinə getmək üçün can atırlar. Bu fikirdə olan sənətçilər çox yalnış düşünür. Mən isə bu xasiyyətə aid olan müğənnilərdən deyiləm. Bir mahnının dinləyicilərin ixtiyarına verdikdən sonra həmin bəstənin populyar olmasını gözləmirəm. Əksinə ard-arda bəstələr yazdırıram. İfaçının əlində materialının çox olması, bir o qədər yaxşıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB