Əməkdar artist ərəb müğənni ilə duet edəcək AÇIQLAMA-FOTOLAR

Əməkdar artist ərəb müğənni ilə duet edəcək AÇIQLAMA-FOTOLAR

Əməkdar artist Səlim Abbasov əcnəbi müğənni Mutref Al Mutrefi Bakıya gətirib. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "Mutrefin Bakıya gəlməsinə səbəb işbirliyimizin olmasıdır. Ərəb ifaçısı ilə duet hazırlayacağıq. Mutrefin özü ud ifa edir. İndiki səfərində onun istədiyi Azərbaycan mahnılarını hazırlayacağıq. Bizim musiqimizi ərəb dünyasında tanıtmaq istəyir. Onu skripkada mən, tarda Humay Qədimova, nəfəs musiqi alətlərində Aydın Yahyayev, nağarada Xəyal Abbasov, pianoda isə Anar Abbasov müşayiət edir. Növbəti səfərində Al Mutreflə duetlər hazırlayacağam. Həm skripka ilə udun dueti olacaq, həm də birlikdə mahnı oxuyacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə