Tacir ölən qardaşına mahnı həsr etdi

Tacir ölən qardaşına mahnı həsr etdi

Müğənni Tacir Şahmalıoğlu ötən ay dənizdə bataraq, dünyasını dəyişən qardaşı Mahir Allahverdiyevə mahnı həsr edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı "Qardaş" adlı yeni mahnısını sevənlərinin ixtiyarına verib.

Qeyd edək ki, M.Allahverdiyev Tacir Şahmalıoğlunun ən kiçik qardaşıdır. İyulun 31-i M.Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə