Aparıcı: "Elza xanımın yerində olsaydım üzr istəyərdim" FOTO
Əməkdar artist Elza Seyidcahanla xalq artisti İlhamə Quliyevanın qalmaqalı günü-gündən alovlanır. Elzanın verilişin birində "Əxlaq hər şeyi əvəz edə bilər, amma əxlaqın yerini heç nə əvəz edə bilməz. Titullar varsa, ona layiq olmağa çalışmalıyıq. Bu gün mən əməkdar artistəm və fəxri adıma da layiq hərəkət edirəm. Vaxt olacaq şöhrət ordeninə qədər yüksələcəm, amma şöhrət ordenli şərəfsiz olmayacam"sözləri deməsi daha da vəziyyəti gərginləşdirib.
Belə ki, şou-biznesin tanınmış simaları Elza Seyidcahanın İlhamə Quliyevaya qarşı ünvanladığı bu sözləri yaxşı qarşılamayıblar. Onlardan biri də aparıcı İlahə Nizamiqızıdır.
SİA-ya açıqlama verən aparıcı Elzanı qınayıb: "Son günlər gündəmdə çox yersiz qalmaqal yaşanır. Söhbət Azərbaycanın əvəz edilməz sənətkarı şərəf və şöhrət ordenli gözəl xanım İhamə Quliyevadan gedir. Mənim İlhamə xanımla sıx yaxınlığım olmasa da həmin sənətçini çox sevirəm. Elza Seyidcahanın son günlər İ.Quliyeva haqqında işlətdiyi sözlər məni dilə gətirir. E. Seyidcahana demək istəyirəm ki, xanım kimi sizə hörmətim var idi. Amma bu son olay məni sarsıtdı. Siz o sözləri İlhamə xanım barəsində necə dilinizə alıb, deyə bilərsiz? İlhamə Quliyevanı hamı tanıyır. Hər kəs bilir ki, o xanım necə hörmətə və sənətə malikdir. İlhamə xanıma söylədiyiniz "Şərəfsiz" ordeni sözü çox yalnışdır. Çünki İ.Quliyevaya "Şərəf" ordenini Ulu Öndər Heydər Əliyev verib. Kimin ixtiyarı var ki, bu ordenə şübhə ilə yanaşsın? Bu sözləri deyən xanım necə millət vəkili ola bilər? Mən Elza xanımın yerində olsaydım üzr istəyərdim".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB