Əli Mirəliyevlə Hafiz Hacıyev bir-birini “yıxıb-sürüdü” FOTO

Hər zaman sənətçiləri qınaq obyektinə çevirən müğənni Əli Mirəliyevlə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevi müqayisə ediblər. Belə ki, iddialara əsasən Ə.Mirəliyev qalmaqallı açıqlamalarına görə yerini H.Hacıyevə verib.

Bununla bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikirlərini öyrəndik. SİA-ya açıqlama verən sədr Əli Mirəliyevi "yıxıb-sürüdü": "Əli Mirəliyev kimilər getsinlər, öz işləri ilə məşğul olsunlar. Hər yoldan keçən Azərbaycan mədəniyyəti haqqında danışa bilməz".

Hafiz Hacıyevin sözlərinə qarşı tərəf də münasibət bildirib: "Hafiz Hacıyev Sevil və Sevinc bacıları və prodüser Toliklə əcəb edib, dalaşıb. O, musiqi savadı olan birinə heç vaxt artıq söz deməz. Onu da deyim ki, H.Hacıyev mənim haqqımda yaxşı fikirlər səsləndirməyə bilər. Əgər mən düz danışmıramsa, onda mənə niyə qoşulub? Mən Azərbaycan musiqisində Hafizi yox, Üzeyir Hacıbəyovu tanıyıram. Hafiz musiqini mənim kimi professional bilə bilməz. Onun fikirləri mənim üçün önəmli deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə